Türkiyə 10 ildən sonra Misirə yeni SƏFİR TƏYİN ETDİ

Salih Mutlu Şən Türkiyənin Misirdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Xatırladaq ki, 2013-cü ildə Misirin seçilmiş Prezidenti, mərhum Məhəmməd Mursi hərbi yolla devrildikdən sonra Türkiyə ilə Misir arasında diplomatik əlaqələr kəsilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31