Kolumbiyada torpaq 34 nəfəri "uddu"

Kolumbiyada torpaq sürüşməsi nəticəsində kəndə ölənlərin sayı 26-ya yüksəlib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə bölgənin qubernatoru Nikolas Qarsiya tviterdə yazıb.

"Çıxarılan meyitlərin ümumi sayı 26-ya çatıb. Sabah biz itkin düşən daha üç nəfəri tapmağa çalışmalıyıq", - o, sosial şəbəkədə yerləşdirdiyi videomüraciətdə açıqlayıb.

Xatırladaq ki, iyulun 18-də Kolumbiyanın mərkəzində yerləşən Naranxal kəndində gecə saatlarında sürüşmə baş verib. Yağan leysan qayaların sürüşməsinə səbəb olub, nəticədə yerli çaylar sahillərini aşıb. Axtarışların ilk günündə 14 nəfərin öldüyü, 20 nəfərin itkin düşdüyü bildirilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31