"Marşrutlar üzrə həcmləri kompensasiya etməyi mümkün hesab etmirəm”

ABŞ müttəfiqləri ilə birlikdə Qara dəniz taxıl müqaviləsinə alternativ axtarır.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

"Biz başqa variantları tapmaq üçün Ukrayna ilə işləyən tərəfdaşlarımızla çalışırıq. Amma sizə deməliyəm ki, bu təşəbbüsün başa çatmasıyla başqa marşrutlar üzrə həcmləri kompensasiya etməyi mümkün hesab etmirəm", - Blinken bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31