Hücum edənlər artıq Rusiya ərazisini tərk ediblər - Kadırov

Bir neçə gün əvvəl Ukraynadan bir qrup diversant Belqorod vilayətinə daxil olub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında paylaşım edib.

Kadırov bildirib ki, diversantlar Rusiya hərbçiləri üçün yemək daşıyan Müdafiə Nazirliyinin maşınına hücum edib:

"Diversantlar rus əsgərlərinə atəş açıblar. Hücum edənlər artıq Rusiya ərazisini tərk ediblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31