"Rusiyanın danışıqlar masasına qayıtmasının məqsədəuyğunluğuna inanırıq"
21 İyul 2023 22:30 DünyaTürkiyə Qara dəniz taxıl sazişinin ən qısa zamanda bərpasını gözləyir.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında bildirib.
"İyulun 17-də biz Rusiyadan sazişdən çıxma ilə bağlı bildiriş aldıq. Biz taxıl müqaviləsinin uzadılması üçün əhəmiyyətli səylər göstəririk və Rusiyanın danışıqlar masasıma qayıtmasının məqsədəuyğunluğuna inanırıq", - H.Fidan deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31