Polşa 100-ə yaxın "Apaçi" alır
21 İyul 2023 21:41 DünyaPolşa ordusunun ABŞ-dan alacağı "Apaçi" helikopterlərinin sayı açıqlanıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşçak məlumat verib.
O, ordunu 96 ədəd "Apaçi" helikopterləriylə təchiz edəcəklərini bildirib.
"Hələ müqavilənin icrasına qədər Polşa ordusu ABŞ quru qoşunlarının bizə verdiyi səkkiz belə helikopterdən istifadə edəcək", - Blaşçak bildirib.
Qeyd edək ki, daha öncə də Blaşçak açıqlamasında ABŞ-dan "Apaçi" helikopterlərinin alınacağını və ölkənin şərqinə yerləşdiriləcəyini bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31