Rusiya hərbçiləri Odessadakı terminalı ATƏŞƏ TUTDU
21 İyul 2023 21:20 DünyaRusiya hərbçiləri Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxlanıldığı terminalı atəşə tutub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hücum "Kalibr" raketləri ilə həyata keçirilib.
Bildirilib ki, işğalçılar 100 ton noxud və 20 ton arpa məhv ediblər.
Partlayış nəticəsində iki nəfər yaralanıb.
Qeyd edək ki, ruslar üçüncü gecədir ki, Odessa vilayətinə hücuma keçiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31