Ərdoğan və Putin bu məsələni MÜZAKİRƏ EDƏCƏK
21 İyul 2023 19:48 DünyaRusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında mümkün yeni təmaslar zamanı Qara dənizdə gəmilərin tranziti məsələsi müzakirə olunacaq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
"Mən əminəm ki, yeni təmaslar zamanı bu məsələ də gündəmdə olacaq. Ancaq mövzu haqda indi proqnoz vermək düzgün olmazdı. Lakin Rusiya və Türkiyə kimi dövlətlərin buradakı xüsusi məsuliyyəti və rolu olması danılmazdır", - Verşinin bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31