Əlcəzair prezidenti Türkiyəyə rəsmi səfər edəcək
21 İyul 2023 17:05 DünyaƏlcəzair prezidenti Abdelmacid Tebbun Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 21-22 iyul tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
Olaylar.az trend-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.
Məlumata əsasən, görüş zamanı Türkiyə ilə Əlcəzair arasında ikitərəfli münasibətlər bütün aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Bundan əlavə, tərəflərin aktual, regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31