Polşa qoşunlarını Belarus sərhədinə keçirəcək- BU SƏBƏBDƏN-ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşa elan edib ki, Belarus əsgərləri Rusiyanın özəl təhlükəsizlik şirkəti "Vaqner" tərəfindən təlim keçdiyi üçün qoşunlarını Belarus sərhədinə keçirəcək.
Polşa Milli Təhlükəsizlik Komitəsinin rəsmisi Zbigniew Hoffmann bildirib ki, Vaqnerin mövcudluğunun yaratdığı təhlükələri qiymətləndirən Müdafiə Nazirliyi qoşunları Belarus sərhədinə köçürmək qərarına gəlib.

Belarus Müdafiə Nazirliyi Polşa sərhədindən təxminən 5 kilometr aralıda yerləşən Brest şəhərində xüsusi təyinatlıların Vaqner nümayəndələri tərəfindən təlim keçdiyini açıqlayıb.

Rusiyanın "Vaqner" özəl mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin iyun ayında yanındakı döyüşçülərlə birlikdə Rusiya administrasiyasına qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

Priqojin Belarusa getdikdən sonra Vaqnerin ölkədə məskunlaşmasını təklif edən Lukaşenko Belarus ordusunun Vaqner döyüşçülərinin təcrübəsindən yararlana biləcəyini qeyd edib. Vaqnerin yaradıcısı Priqojin ötən gün onun muzdlularının Belarus ərazisinə gəldiyini bildirib.

Belarus ordusunu dünyanın ikinci ordusu edəcəyinə söz verən Priqojin, lazım gələrsə, onların yanında olacaqlarını dilə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31