Rusiya və Çin dənizçiləri Yapon dənizində hava hücumunu dəf etmək üçün birgə məşq edirlər – ÖZƏL
21 İyul 2023 15:38 Dünya""Şimal/Qarşılıqlı Fəaliyyət-2023" hərbi təlimi çərçivəsində Rusiya və Çin hərbçiləri hava hücumunu dəf etmək və digər manevrlər həyata keçiriblər".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
"Praktik manevrlər zamanı Rusiya və Çin dənizçiləri müxtəlif birləşmələrdə hərəkət etmək vərdişlərini təkmilləşdirib və rabitə təlimləri keçiriblər. Daha sonra Rusiya döyüş gəmiləri şərti düşmənin hərbi gəmisi ilə hərbi dəniz döyüşlərini həyata keçirib, AK-100 və A-190 hərbi dəniz toplarından istifadə etməklə yerüstü hədəfə artilleriya atəşi həyata keçirib", - deyə nazirlikdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31