Hollivudda ssenaristlərin və aktyorların birgə tətili davam edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-da Ekran Aktyorları Assosiasiyası və Amerika Televiziya və Radio Sənətçiləri  tərəfindən iş  və maaş zəmanəti səbəbiylə  Amerika Ssenari Müəllifləri Assosiasiyası tərəfindən təşkil olunan birgə tətil ikinci həftəsinə girib. Hələlik razılaşma ilə bağlı heç bir açıqlama verilməyib.
Hollivudda 11.500 ssenarist və təxminən 65.000 aktyorun dəstəklədiyi tətil Amazon, MAX və Netflix kimi qlobal internet televiziya şəbəkələrinin studiyaları və ofisləri qarşısında ikinci həftədir davam edir.

Tətillər daha çox Los-Anceles və Nyu-Yorkda keçirilsə də, Boston, Filadelfiya və Çikaqo şəhərlərində müxtəlif tədbirlərin keçiriləcəyi açıqlanıb.

Kino və Televiziya Prodüserləri Assosiasiyasının (AMPTP) təmsil etdiyi studiya və yayım şirkətləri ilə danışıqların nə vaxt davam edəcəyi hələlik məlum olmasa da, AMPTP-nin ssenarist və aktyorlara maaş artımı təklif etdiyi və digər tələbləri də qarşılamağa çalışdığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31