Almanların sayı azalır- ÖZƏL

Almaniyada ötən il doğum nisbətində azalma qeydə alınıb.

"OLAYLAR"  xəbər verir ki,  Almaniya Federal Statistika İdarəsindən verilən açıqlamada belə deyilir. Ölkədə keçən il əvvəlki ilə nisbətən 7 faiz az doğum olduğu bildirilib.
2022-ci ildə 738 min 819 körpənin doğulduğu bildirilən açıqlamada, bu rəqəmin 2021-ci ilə nisbətən 56 min 673 az olduğu, xüsusilə Hamburq və Berlində doğum nisbətlərinin kəskin şəkildə aşağı düşdüyü qeyd edilib.
Almaniyada 2021-ci ildə 795 492 körpə doğulub ki, bu da 1997-ci ildən bəri ən yüksək rəqəmdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31