İsrail qazı Türkiyədən Avropaya nəql ediləcək
21 İyul 2023 15:12 Dünyaİsrail qazı Türkiyədən Avropaya nəql ediləcək.
Olaylar-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrindən dönüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
"Aralıq dənizindən Avropaya təbii qazın daşınması xərcləri çox yüksəkdir. Sabiq enerji və təbii sərvətlər nazirimiz Berat Albayrakın dövründə belə bir addım atılıb. Yenidən atacağımız bu addımla ilk dəfə İsrailin baş naziri Benyamin Netanyahu ilə müzakirələr aparacağıq. Ümid edirəm ki, bu, Türkiyə-İsrail münasibətlərində daha uğurlu bir dövrün başlanğıcı olacaq",- deyə o əlavə edib.
Qeyd edək ki, Benyamin Netenyahu 28 iyul tarixində Türkiyəyə səfər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31