Ərdoğan BMT-ni Şimali Kipr Türk Respublikasını tanımağa ÇAĞIRDI
21 İyul 2023 14:24 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-ni Şimali Kipr Türk Respublikasının (KKTC) dövlətçiliyini tanımağa çağırıb.
Ölkə başçısı Şimali Kiprə səfəri zamanı Türkiyənin Kiprə sülh gətirdiyini qeyd edib.
"Türkiyə Kiprə sülh və demokratiya gətirdi. Kipr türkləri gələcəyə daha böyük ümidlə baxırlar", - Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan BMT-lə danışıqlar məsələsinə də toxunub:
"BMT-yə tarixi müraciətimi təkrar edirəm: adanın reallıqlarından yayınmayın və Şimali Kipr Türk Cümhuriyyətini mümkün qədər tez tanıyın. Kipr türklərinin suveren bərabərliyi və bərabər beynəlxalq statusu tanınmayana qədər yeni danışıqlar prosesindən söhbət gedə bilməz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31