Pxenyanın nüvə silahından istifadə etməsi KXDR-in sonu olacaq - ÖZƏL
21 İyul 2023 13:36 Dünya"Şimali Koreya Cənubi Koreya və ABŞ ittifaqına qarşı nüvə silahından istifadə edərsə, bu, bu ölkənin sonu olacaq".
Olaylar.az xəbər verir ki, bunu Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib.
"Şimali Koreyanın Cənubi Koreya-ABŞ müttəfiqliyinə qarşı hər hansı nüvə hücumu olacağı təqdirdə, o, ittifaqın dərhal, böyük və qətiyyətli cavabı ilə qarşılaşacaq və bununla da (hücum) Şimali Koreya rejiminin sonu ilə nəticələnəcəyini bir daha şiddətlə xəbərdar edirik" - nazirliyin bəyanatında deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31