Zelenski Ukraynanın Britaniyadakı səfirini vəzifəsindən azad etdi
21 İyul 2023 12:42 DünyaUkrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.
Olaylar.az APA-ya istinadən bildirir ki, müvafiq qərar Ukrayna prezidentinin saytında dərc edilib.
Qeyd edək ki, bir müddət əvvəl səfir Vadim Pristayko Zelenskinin Böyük Britaniya müdafiə naziri Ben Uollasla bağlı fikirlərini "qeyri-sağlam sarkazm" adlandırıb. Britaniya KİV-in məlumatına görə, diplomat Prezidenti tənqid etməsindən sonra Kiyevdən sərt tonda telefon zəngi qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31