BMT baş katibindən Quranın yandırılması ilə bağlı AÇIQLAMA
21 İyul 2023 10:23 DünyaBirləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səfirlər Qrupu ilə görüşündə dözümsüzlük, zorakılıq və islamofob hərəkətləri pisləyərək, müsəlman toplumu ilə həmrəyliyini ifadə edib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, BMT-nin mətbuat xidməti Quterreşin BMT-nin Nyu-Yorkdakı binasında İƏT üzvləri ilə görüşdüyünə dair məlumat yayıb.
Bildirilib ki, Quterreş BMT-nin İnsan Hüquqları Şurasının "din əleyhinə ayrı-seçkilik, düşmənçilik və zorakılığa səbəb olan nifrətlə mübarizə" qərarını həyata keçirmək üçün səy göstərdiyini vurğulayıb.
"Baş Katib gərginliyi artıran, ayrı-seçkilik və radikallaşmaya səbəb olan dözümsüzlük, zorakılıq və islamofob hərəkətləri pisləyir", - məlumatda deyilib.
Qeyd edək ki, İsveçdə İraq səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması İraqda böyük hiddətə səbəb olub. Bu, İsveçdə baş verən ilk islamofob hərəkət deyil. Belə ki, ötən ay da İsveç polisinin icazəsi ilə Stokholmda məscidin yaxınlığında Quran yandırılıb.