"Bu, Ukraynadakı müharibəni uzadacaq"

AB rəhbərliyinin Ukraynaya dörd il ərzində hərbi yardım üçün 20 milyard avro ayırmaq təklifi oradakı hərbi əməliyyatları gələcək dövrlər üçün uzadacaq.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib.

"Bu, hərbi rejimi praktiki olaraq illərlə möhkəmləndirir. Beləliklə, indi siz Ukraynada sülh haqqında nəinki qısamüddətli, hətta uzunmüddətli perspektivdə belə düşünməməlisiniz", - Siyarto bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31