Qırğızıstan səfiri Ukrayna XİN-ə ÇAĞIRILDI
20 İyul 2023 22:07 DünyaQırğızıstanın Kiyevdəki səfiri İdris Kadırkulov Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfirə bildirilib ki, Qırğızıstan dünya birliyinin üzvü kimi Rusiyaya qarşı beynəlxalq sanksiya siyasətinə əməl etməlidir.
"Hərbi texnikanın təchiz edilməsi üçün istifadə oluna bilən malların Qırğızıstan ərazisindən Rusiyaya ixracı Ukrayna tərəfindən təcavüzkar müharibəyə dəstək məqsədi daşıyan qeyri-dost hərəkət kimi qiymətləndiriləcək", - XİN-dən verilən açıqlamada bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31