Adadakı faktlara arxa çevirmədən KKTC tez bir zamanda tanınmalıdır – Ərdoğan
20 İyul 2023 21:37 DünyaAdadakı faktlara arxa çevirmədən Şimali Kipr Türk Respublikası (KKTC) tez bir zamanda tanınmalıdır.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan KKTC-də 20 İyul Sülh və Azadlıq Günü mərasimində çıxışı zamanı bildirib.
"1974-cü il Sülh Hərəkatının yolunu açan dövrün baş naziri cənab Eceviti, baş nazirin müavini cənab Ərbakanı və hörmətli Türkeşi rəhmət və minnətdarlıqla yad edirəm", - deyə o qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyə hər zaman Kipr türklərinin suverenliyinin və varlığının qarantı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31