Qorxunc görüntü - İnsan boyda yarasa - FOTO
20 İyul 2023 21:03 DünyaFilippində şəkilən nəhəng yarasanın görüntüsü sosial mediada yenidən gündəm olub.
Olaylar.az Manset.az-a istinadən xəbər verir ki, fotonu "AlexJoestar622" ləqəbli istifadəçi öz twitter hesabında paylaşıb.
Bəzi sosial media istifadəçiləri az qala insan boyda olduğu düşünülən yarasanın görüntülərinin real olmadığını iddia edib. Lakin yarasa ilə bağlı təfərrüat hamını heyrətə gətirib.
Beləki, əslində görüntülərdəki varlıq qızıl taclı nəhəng uçan tülküdür. Tülkü yarasalarının Asiya və Avstraliya ətrafındakı tropik adalarda rast gəlindiyi və meyvə yeyən canlılar olduğu bildirilir. Bu heyvanların uzunluğu təxminən 1,5 metrə çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31