ABŞ Rusiyaya yeni sanksiyalar TƏTBİQ EDİB

ABŞ Maliyyə Nazirliyi rusiyalı onlarla fiziki və hüquqi şəxsə qarşı sanksiyalar siyahısını genişləndirib.

Olaylar.az report-a istinadən xəbər verir ki, sanksiyalar siyahısına 95 hüquqi şəxs və 14 gəmi əlavə olunub.

ABŞ Rusiyaya yönəlik sanksiyaların genişləndirilməsi çərçivəsində Qırğızıstandakı müəssisəyə qarşı da məhdudiyyətlər tətbiq edib. Yeni sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksi, metallurgiya, mədənçıxarma və energetika sektorlarına qarşı yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31