Türk yumurtasında kanserogen maddə tapıldı: Ölkə ayağa qalxdı- ÖZƏL

Olaylar.az xəbər verir ki, iyulun əvvəlində Tayvan Türkiyədən gətirilən yumurtalarda kanserogen maddələrin olduğunu müəyyən edib.

Tayvanın Türkiyədən aldığı yumurtaların tərkibində kanserogen maddələrin olması ölkədə gündəm olub.

127 ton yumurta alan hökumətin kənd təsərrüfatı naziri Çen Çi-Çunq Türkiyədən alınan yumurtalarda qadağan olunmuş maddə olan nitrofuran izlərinin tapıldığını açıqlayıb. "Hökumət türk tədarükçüsündən müqaviləyə əsasən kompensasiya tələb edəcək", - deyə Çi-Çunq bildirib.

İyulun əvvəlində yoxlanılan bütün yumurtaların məhv edildiyi açıqlanıb. Tayvanın Qida və Dərman İdarəsi də onların yerli bazara çıxarılmadığını açıqlanıb. 

Ölkədəki yumurta böhranından sonra Tayvan Türkiyə də daxil olmaqla Braziliya, Malayziya, Filippin, Sinqapur və Taylanddan yumurta almağa başlayıb. Həmçinin bildirilib ki, Tayvan hökuməti ABŞ, Avstraliya və Yaponiyadan yumurta almağa davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31