Suni intellekt mətbuat sahəsini ələ keçirir- ÖZƏL
20 İyul 2023 16:18 DünyaOlaylar.az xəbər verir ki, Google-un xəbər məzmunu istehsal edə bilən "Genesis" adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirdiyi açıqlanıb.
Jurnalistlərə kömək etmək üçün inkişaf etdirilən süni intellekt texnologiyası ABŞ-ın aparıcı qəzetlərindən olan The New York Times, The Washington Post və The Wall Street Journal-ın sahibi olan News Corp-un rəhbərlərinə təqdim edilib.
Bildirilib ki, Google-un "Genesis" adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.
Google hesab edir ki, jurnalistlər üçün "şəxsi köməkçi" kimi xidmət etmək üçün nəzərdə tutulmuş bu texnologiya daha vacib xəbərlər üçün jurnalistlərin vaxtına qənaət edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31