İngiltərədə immiqrantlar üçün üzən həbsxana hazırlanır- ÖZƏL

İngiltərədə hökumətin immiqrantları saxlayacağı "Bibby Stockholm" gəmisi ölkənin cənubundakı Dorset şəhərinə çatıb. Miqrantlar gəminin içərisində, avtomobil dayanacağından daha kiçik ərazilərdə saxlanılacaq. 500 sığınacaq axtaran şəxsin yerləşdiyi gəmi Portlend Limanına çəkilərkən immiqrant tərəfdarı və əleyhdarı etirazçı qruplar limanın kənarında toplaşıb. Baş nazir Sunakın qaçqınları yerləşdirəcəyini bildirdiyi daha iki gəmi bölgəyə gəlib, lakin yer tapa bilməyib. Böyük Britaniya hökuməti keçmiş hərbi bazalar da daxil olmaqla, alternativ yaşayış yerlərindən istifadə etməklə, mehmanxana ödənişlərinin dəyərini azaltmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31