Fransa tədbirləri terrora qarşı yox, dolayı yolla fəallara qarşı alır- ÖZƏL

Olaylar.az xəbər verir ki, fransızlar hökumətin polisə gizli şəkildə şübhəlilərin telefonlarından video və səs yazılarını uzaqdan götürməsinə icazə verən qanun layihəsini şəxsi həyat və azadlıqları pozduğu əsas gətirərək tənqid edir.
İyunun 18-də Milli Assambleya "Ədalət Qanunu" kimi tanınan qanun layihəsini qəbul edib ki, bu qanun polisə  şübhəli şəxslərin telefonlarından gizli şəkildə video və səs yazıları çəkməyə və terrorizm və mütəşəkkil cinayət işlərində yer məlumatlarına daxil olmağa imkan verir.

Qanun layihəsi ağır cinayətlərə görə ünvanlara gecə reydlərinin əhatə dairəsini genişləndirəcək və hökumətə müəyyən hallarda ibtidai istintaq müddətlərini uzatmağa imkan verəcək.

Tənqid edilən və şəxsi həyatın toxunulmazlığının pozulmasından narahat olan qanun layihəsi ölkədə müzakirə olunur. Qanun layihəsinin qüvvəyə minməsi ilə gündəlik həyatda istifadə olunan elektron cihazların, o cümlədən kameraların, kompüterlərin və təhlükəsizlik kameralarınin bir növ "dinləmə cihazına" çevriləcəyi qeyd edilib.  

İnsanlar Fransada terrorla mübarizə çərçivəsində mövcud olan tədbirlərin fəallara qarşı istifadə olunduğunu vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31