Rusiya idmançılarından siyasi bəyannamələr imzalamaq tələb olunmamalıdır - ÖZƏL

"Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Rusiya və Belarus idmançılarını öz turnirlərinə yenidən qəbul etmək qərarına obyektiv qiymət vermək hələ tezdir".

Olaylar.az xəbər verir ki, bunu bədii gimnastika üzrə baş məşqçi Valentina Rodionenko bildirib.

FIG-in İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarına 2024-cü il yanvarın 1-dən fərdi neytral idmançılar kimi təşkilatın tədbirlərində iştirak etmələrinə icazə vermək qərarına gəlib. FIG yaxın həftələrdə müvafiq ad-hoc qaydaları və dəstəkləyici sənədləri yekunlaşdıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31