Rusiya İstanbuldakı heyətini GERİ ÇAĞIRDI

Rusiya İstanbuldakı taxıl sazişi əməliyyatını həyata keçirən Birgə Koordinasiya Mərkəzindən heyətini geri çəkib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən etibarlı mənbələr məlumat yayıb.

"Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, biz dünya üçün faydalı olan taxıl sazişi təşəbbüsünün davam etdirilməsinin tərəfdarıyıq. Bunun üçün bütün tərəflərlə işimizi davam etdiririk", - məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31