Berlin küçələrində şirə yaxalanmaq qorxusu - ÖZƏL

Almaniyanın Brandenburq əyalət polisi Berlinin cənubundakı Stahnsdorf, Kleinmaçnov və Teltov rayonlarının sakinlərinə küçəyə çıxmamaq barədə xəbərdarlıq edib.

"OLAYLAR" trthaber-ə istinadən bildirir ki, buna səbəb Berlində peyda olan aslanın insanlara hücum etmə qorxusudur. Polis sakinlərə ev heyvanlarını da evdən çıxarmamağı tövsiyə edib.

Polis sözçüsü Daniel Keip Almaniya mətbuatına verdiyi açıqlamada deyib ki, şahidlər gecə yarısı yırtıcı heyvanın çöl donuzunu dişlədiyini görüblər: "Görüntüləri də aldıq. Görüntülərə görə, bu, bir aslandır. Hazırda onun həqiqiliyinə şübhə etmək üçün heç bir səbəb yoxdur".

Vəhşi heyvanın haradan gəldiyinin hələ də dəqiq bilinmədiyi vurğulanan açıqlamada bunun müəyyən edilməsi üçün zooparklar, heyvan parkları, sirklər və heyvan sığınacaqlarının yoxlanıldığı qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31