Pakistanda terror aktı törədilib - ÖZƏL

Pakistanda növbəti terror aktı həyata keçirilib.

"OLAYLAR" trthaber-ə istinadən bildirir ki, hadisə Hayber-Paxtunxva əyalətində hökumət binası yaxınlığında qeydə alınıb. Terror hadisəsi nəticəsində bir polis əməkdaşı həlak olub, 8 nəfər yaralanıb.

Partlayış nəticəsində uçan divarın altında qalanların olduğu ehtimalı ilə yaralı sayının çox olacağı bildirilir.
Qeyd edək ki. son 24 saatda Hayber Paxtunxvada baş verən hücumlarda 3 polis əməkdaşı həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31