Türkiyədə qeyri-qanuni  miqrantlar saxlanıldı- ÖZƏL

Türkiyənin Ədirnə vilayətində qeyri-qanuni yollarla xaricə getməyə hazırlaşan 40 qeyri-qanuni miqrant yaxalanıb. 
"OLAYLAR" trthaber-ə istinadən bildirir ki,  54-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına bağlı sərhəd bölməsi və jandarma qrupları Meriç rayonundakı 1-ci dərəcəli hərbi qadağa zonasına baxış keçirib.
Yoxlamalar zamanı Əfqanıstan, Suriya, İraq, Fələstin və Mərakeşdən olan 40 qeyri-qanuni miqrant  xaricə getməyə çalışarkən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31