Rusiyada hərbi komissarlığın binası YANDIRILDI
20 İyul 2023 11:57 DünyaRusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində naməlum şəxs hərbi komissarlığın binasını yandırıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Hadisə zamanı hərbi komissarlığın binasında gözətçi olub.
Yanğın nəticəsində xəsarət alan olmasa da, binanın çıxış qapısı yanıb. Yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31