Aİ-nin XİN rəhbərləri Azərbaycanla Ermənistanı müzakirə edəcəklər

Bu gün Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə görüşü keçiriləcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını da müzakirə predmeti olacaq.

XİN Şurasının əsas iclası Ukraynadakı münaqişə, iqtisadi təhlükəsizliyin xarici siyasət aspekti və Türkiyə ilə münasibətlərə həsr olunacaq.

Bildirilir ki, günün ikinci yarısında Aİ xarici işlər nazirləri ABŞ Dövlət katibi Antoni Blinkenlə geniş spektrli məsələlər üzrə onlayn müzakirə aparacaqlar.

Görüşün sonunda nazirlər Çin, Latın Amerikası və Karib hövzəsi ölkələri ilə iyulun 17-18-də keçirilmiş sammitin nəticələrini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və başqa məsələləri müzakirə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31