TBMM-də növbədənkənar iclas keçiriləcək
20 İyul 2023 11:20 DünyaTürkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) kafi sayda millət vəkillərinin imzası ilə 25 iyul saat 16:00-da Türkiyə Böyük Millət Məclisində (TBMM) növbədənkənar iclas keçiriləcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə TBMM sədri Numan Kurtulmuş məlumat verib.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlunun 9 iyul tarixində partiya üzvləri ilə Zoom proqramı üzərindən gizli iclaslar keçirdiyi ortaya çıxıb. Partiyadan kütləvi istefaların olduğu iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31