Qazaxıstan vətəndaşları Türkiyədə 150-yə yaxın daşınmaz əmlak alıb

2023-cü ilin yanvar-iyun aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 142 daşınmaz əmlak satın alıblar. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 176 obyekt azdır.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin iyun ayında Qazaxıstan vətəndaşları Türkiyədə 747 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin iyun ayı ilə müqayisədə 670 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyədə 83 min 636 mənzil satın alınıb. 2022-ci ilin iyun ayı ilə müqayisədə 44,4 faiz azdır. Məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyədə 565 min 779 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin iyun ayında Türkiyədə xarici vətəndaşlara 2 min 625 mənzil satılıb, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 69,6 faiz azdır.

Eyni ilin yanvar-iyun aylarında əcnəbi vətəndaşlar Türkiyədən 19 min 275 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 45,5 faiz azdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31