Təyyarə qəzası: Keçmiş senator və siyasətçilər öldü

Kolumbiyanın mərkəzində kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir neçə siyasətçi həlak olub.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, hadisə zamanı "Cessna 210"da olan keçmiş senator, 4 siyasətçi və pilot həyatını itirib.

Yerli hakimiyyət orqanları Villavisensio şəhərindən paytaxt Boqotaya doğru havaya qalxan kiçik mühərrikli təyyarənin Boyaca inzibati regionunda qəzaya uğradığını bildirib.

Səlahiyyətli şəxslər, ölən 5 nəfərin 2013-cü ildə Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe Velez tərəfindən qurulan Demokratik Mərkəz Partiyasının üzvləri olduğunu qeyd ediblər. Ölənlərdən birinin 2014-2018-ci illərdə senator olmuş 55 yaşlı Nohora Tovar olduğu bildirilir. Tovar Kolumbiyanın Dominikan Respublikası və Haitidəki səfiri vəzifələrində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31