Qazaxıstan Rusiya ilə sərhəddə təlimə BAŞLADI
19 İyul 2023 23:09 DünyaQazaxıstanın şimalındakı Petropavlovsk şəhərində ərazi müdafiəsinin təşkili üzrə üç günlük təlim-məşq toplanışı başlayıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Təlimlərdə regional komandanlıqların qoşun növlərinin və hava hücumu qoşunlarının komandirləri, akimin köməkçiləri, briqada komandirləri iştirak edirlər. Təlim üç gün davam edəcək. Qazaxıstanın müdafiə qüvvələri 2017-ci ildə yaradılıb, lakin bu profilli mütəxəssislərlə təlimlər ikinci dəfədir keçirilir", - məlumatda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31