Türkiyə ilə BƏƏ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoyur - Ərdoğan

Yüksək Səviyyəli Strateji Şura mexanizmi vasitəsilə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin ən yüksək səviyyədə stabil tənzimlənməsi təmin ediləcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əbu-Dabidəki Əl Vətən sarayında iki ölkənin nümayəndə heyətlərinin görüşündə deyib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə BƏƏ ilə sıx dialoq və əməkdaşlığın inkişafından məmnundur.

"Birgə anlaşma memorandumunun imzalanması ilə iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoyur", - deyə Türkiyə Prezidenti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31