Rusiyadan Venesuelaya buğda tədarükünün bərpası bu il baş tuta bilər- ÖZƏL
19 İyul 2023 16:41 Dünya"Rusiya bu il Venesuelaya taxıl tədarükü ilə bağlı sazişin imzalanacağını gözləyir".
Olaylar.az xəbər verir ki, bu sözləri Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Baqdasarov deyib. O, Moskvada Rusiyadan Venesuelaya buğda tədarükünün bərpası məsələsinin müzakirə olunacağına diqqət çəkib. Məlik-Bağdasarov qeyd edib ki, "Bununla bağlı hər iki tərəfdən təşəbbüs var". Onun sözlərinə görə, danışıqlar prosesində kifayət qədər müxtəlif iştirakçılar iştirak edir.
Rusiya 2017-ci ildə Venesuelaya buğda tədarük etməyə başlayıb. Ölkənin Rusiya Federasiyasındakı səfiri Karlos Faria hesab edib ki, taxılla bağlı sazişlərin həyata keçirilməsi Rusiya-Venesuela əməkdaşlığının gücləndirilməsi və iqtisadi müharibəyə zərbə demək ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31