Macarıstan Ukraynanı silahlandırmaq üçün Avropa Sülh Fondunun istifadəsinə qarşı çıxıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstanın Xarici və İqtisadi Əlaqələr naziri Peter Szijyarto Yəməndən olan həmkarı ilə görüşdən sonra mətbuat konfransında bildirib ki, Budapeşt Avropa Sülh Fondundan 500 milyon avronun AB tərəfindən Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün istifadəsinə icazə verməyəcək. Diplomat həmçinin bildirib ki, Ukrayna hakimiyyəti OTP-yə qarşı iddiaların heç bir əsası olmadığını yaxşı bilir. "Bununla yanaşı, Kiyev hələ də Macarıstan bankını qara siyahıdan çıxarmaqdan imtina edir. Onlar bunu edənə qədər biz öz mövqeyimizdən sadiq qalacağıq, heç bir silah transferi Avropa Sülh Fondundan maliyyələşdirilməyəcək" deyə Szijyarto bildirib.  

Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31