İyun ayında avro zonasında inflyasiya 5,5 faiz təşkil edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, iyun ayında Avro zonasında inflyasiya illik bazda 5,5 faiz təşkil edib. 

Avropa Statistika İdarəsi (Eurostat) iyun ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üzrə yekun inflyasiya məlumatlarını açıqlayıb. Buna görə, Avro Bölgəsində may ayında 6,1 faiz olan illik inflyasiya, iyun ayında  5,5 faiz olaraq ölçüldü. Aİ-də may ayında  7,1 faiz olan illik inflyasiya iyunda yüzdə 6,4 olub. Avro Bölgəsində inflyasiyanın 2,35 faizini ərzaq, alkoqol və tütün məmulatları, 2,31 faizini xidmətlər, 1,42 faizini isə qeyri-enerji sənayesi məhsulları təşkil edib. İyun ayında Macarıstanda illik inflyasiya 19,9 faiz, Slovakiyada 11,3 faiz, Çexiyada 11,2 faiz təşkil edib. Sözügedən dövrdə inflyasiya İtaliyada 6,7 ​​faiz, Almaniyada 6,8, Fransada isə 5,3 faiz təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31