Yunanıstandakı meşə yanğınları bütün səylərə baxmayaraq nəzarət altına alına bilmir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yunanıstanda bir çox yerdə 3 gündür davam edən meşə yanğınlarının çoxu bütün səylərə baxmayaraq nəzarət altına alına bilmir.

Yunan mətbuatında yer alan xəbərə görə, paytaxt Afina yaxınlığındakı Lutraki və Meqara bölgələrində küləyin təsiri ilə yayılan yanğınlar, ən az 50 min hektar meşə və əkinçilik sahəsi ilə yanaşı, çox sayda ev və nəqliyyat vasitəsi də yararsız hala düşüb. Bəzi yaşayış məntəqələrinin boşaldıldığı yanğınlar səbəbindən Afina yaxınlığındakı neft emalı zavodunu qorumaq üçün ehtiyat tədbiri olaraq bəzi magistral yollar bağlanıb. Yunanıstan Meteorologiya Xidməti yanğın riskinin bu gün də yüksək olduğu barədə xəbərdarlıq edib. İsti dalğanın cümə axşamı və cümə günü pik həddə çatacağı gözlənilir. 

Baş nazir Kiryakos Mitsotakisin yanğınların gedişatı haqqında məlumat almaq üçün bu gün Milli Mülki Müdafiə Əməliyyatları və Böhran İdarəetmə Koordinasiya Mərkəzinə gedəcəyi gözlənilir. İqlim böhranı və mülki müdafiə naziri Vasilis Kikilyas yanğınlarla əlaqədar 2 nəfərin saxlanıldığını açıqlayıb. Digər tərəfdən, Avropa İttifaqının (AB) meşə yanğınlarının davam etdiyi Yunanıstana 4 yanğınsöndürmə təyyarəsi göndərməyə qərar verdiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31