İranda hicab yoxlamalarının davam edəcəyi açıqlanıb- ÖZƏL

Olaylar.az  xəbər verir ki, İran Polis İdarəsinin komandir müavini general Kasım Rızayi ölkədə məcburi hicablarla bağlı yoxlamalara başlayan "İrşad patrulları" praktikasının davam edəcəyini bildirib. 

İran Tələbələr Xəbər Agentliyinin verdiyi məlumata görə, İran lideri Əli Xameneinin Qəzvin əyalətindəki nümayəndəsi Ayətullah Əbdülkerim Abidini ilə görüşən Rizayi əxlaq polisinin "İrşad patrulları" adlı hicab yoxlamalarına yenidən başlamasını dəyərləndirib. Məsələnin onlar üçün "qırmızı xətt" olduğunu ifadə edən Rızayi: "Bu gün biz bu məsələyə məsuliyyətlə baxırıq və patrullarımızın yerləşdirilməsi müvəqqəti olmayacaq, çünki hər halda ailənin dəyərlərini və təməllərini qorumaq lazımdır. Araşdırmamızın əsas məqsədi şifahi xəbərdarlıqdır. Statistikaya görə, hicab qaydasını pozanların 50 faizi vəziyyətin acınacaqlı olmasından xəbərsiz olsalar da, onlara vəziyyət izah ediləndə üzr istəyir və qaydaya əməl edirlər".

Məhsa Eminin ölümündən sonra İrşad patrulları ləğv edilmişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31