Sabiq prezidentin ölkəni tərk etmə qadağası daha 60 gün uzadıldı

Moldova Ali Məhkəməsi keçmiş prezident İqor Dodonun ölkədən çıxışına qoyulan qadağanın müddətini daha 60 gün uzadıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məhkəmə iclasından sonra jurnalistlərə açıqlamasında Moldovanın sabiq prezidenti deyib.

O qeyd edib ki, prokurorluğun ittihamları "əsassız"dır.

"Moldovanı tərk etmək fikrində deyiləm. Məqsəd müxalifətə təzyiq etməkdir. Buna baxmayaraq, mən partiyanı payızda keçiriləcək yerli hakimiyyət orqanlarına seçkilərə hazırlamağa davam edəcəyəm", - deyə İ.Dodon əlavə edib.

Qeyd edək ki, sabiq prezidentə qarşı dövlətə xəyanət, korrupsiya və partiyanı qanunsuz maliyyələşdirmə ittihamları irəli sürülüb və ötən il saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31