Sərnişin avtobusu və minik avtomobili toqquşub: Onlarla ölü var- ÖZƏL
19 İyul 2023 12:36 DünyaOlaylar.az xəbər verir ki, Əlcəzairdə səhər saatlarında baş verən qəzada onlarla insanın həyatını itirdiyi, çoxlu sayda yaralının olduğu açıqlanıb.
Əlcəzairin cənubunda sərnişin avtobusunun avtomobillə toqquşması nəticəsində 34 nəfər həlak olub. Əlcəzair Mülki Müdafiə Qüvvələrinin sosial media hesabından verilən məlumata görə, qəza səhər saatlarında Tamanrasset əyalətində milli yolda baş verib. Qəzada iştirak edən sərnişin avtobusu və minik avtomobili tamamilə yanıb. Qəzada 34 nəfər ölüb, 12 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31