Somalidə Əş-Şəbab əməliyyatında 30 təşkilat üzvü zərərsizləşdirilib- ÖZƏL

Olaylar.az  xəbər verir ki, Somalidə "Əş-Şəbab" terror təşkilatına qarşı keçirilən əməliyyatda təşkilatın ən azı 30 üzvü öldürülüb. 

Somali Milli Xəbər Agentliyinin (SONNA) məlumatına görə, Mərkəzi Şabel bölgəsində Əl-Şəbab üzvlərinə qarşı əməliyyat keçirilib. Əməliyyatda 30-dan çox Əl-Şəbab üzvü zərərsizləşdirilib. Digər tərəfdən, təşkilata aid çoxlu silah və hərbi texnika ələ keçirilib. Somali prezidenti Həsən Şeyx Mahmud terror təşkilatı Əl-Şəbabla hərtərəfli mübarizə aparılacağını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31