Şimali Koreyanın raketləri ABŞ ərazisinə çata bilər
19 İyul 2023 12:02 DünyaŞimali Koreyanın sınaqdan keçirdiyi ballistik raketlər Amerika torpaqlarına çatmaq qabiliyyətinə malikdir.
Bunu ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Con Akvilino deyib.
Admiral qeyd edib ki, Pentaqon hələlik Şimali Koreya raketlərinin nüvə avadanlığı ilə ABŞ ərazisinə çata biləcəyini qiymətləndirə bilmir:
"Bu məqsədə çatmaq üçün Şimali Koreya konstruktorları nüvə başlığının ölçüsünü azaltmalıdırlar. Amma Pxenyanın belə bir nəticəyə nail olub-olmayacağı hələlik bəlli deyil".
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31