Fransadakı iğtişaşlarda iştirak edənlərin valideyinləri də cəzalandırılacaq

Fransa məhkəmələri iyunun sonu və iyulun əvvəllərində iğtişaşlarda iştirak etdiklərinə görə 1000-dən çox insanı həbs cəzasına məhkum edib.

Ölkənin ədliyyə naziri Erik Düpon-Moretti məlumat verib.

"1056 nəfər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, onlardan 742 nəfəri real cəza alıb. Orta cəza müddəti 8,2 aydır. Artıq 600 nəfər cəzaçəkmə müəssisələrinə göndərilib", - deyə o bildirib.

Nazir əlavə edib ki, ümumilikdə "1278 hökm çıxarılıb ki, bunun da 95%-i məhkumluqdur".

Düpon-Moretti onu da qeyd edib ki, yaxın gələcəkdə övladları qırğınlarda iştirak edən valideynlərə qarşı məhkəmə prosesləri keçiriləcək.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31