Fulya Öztürk ÜSYAN ETDİ: "Məkkəyə kiminsə pulu ilə getməmişəm" - FOTO

Türkiyə prezidenti R.T. Ərdoğanın Körfəz ölkələrinə səfəri səbəbindən rəsmi təyyarə ilə Məkkəyə gedən türk jurnalist Fulya Öztürk Kəbə ətrafından paylaşdığı foto ilə tənqidlərə məruz qalıb.

Olaylar.az sfera.az-a istinadən bildirir ki, sosial mediada bəzi istifadəçilər "Xalqın pulu ilə ziyarətə getdin" kimi ifadələr işlədiblər.

Daha sonra Fulya Öztürk tvit paylaşaraq qeyd edib:

"Gecə 02:30-da getdim. Ürəyimdən keçdi. Hoteldə yatmaq istəmədim, qalxdım, getdim. Kiməsə zərərim yoxdur, kiminsə pulu ilə getməmişəm. Mənim üzərimdən özlərinə diqqət çəkmək istəyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31